Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə ölkə rəhbərliyi tərəfindən müxtəlif addımlar atılır.
Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Eyni zamanda, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Azərbaycan Turizm və Menecment Universiteti rektor İlham Mədətovun rəhbərliyi ilə cənab Prezident İlham Əliyevin turizm siyasətinə uyğun olaraq gələcək üçün ixtisaslı kadrlar hazırlayır.
Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə turizm və menecement sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir. Son illər Azərbaycan Respublikasında qeyri-neft sektorunun, o cümlədən turizm sahəsinin inkişafı dövlətimizin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biridir.
ATMU sözügedən sahənin inkişafı üçün peşəkar kadrların hazırlanması kimi mühüm vəzifənin öhdəsindən layiqincə gəlir. Fəaliyətində keyfiyyət təminatını rəhbər tutaraq ATMU bir çox uğurlara imza atmışdır. Universitetin “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi onun əldə etdiyi uğurları sırasındadır. Rektor İlham Mədətov ATMU-da davamlı və dayanıqlı inkişafı təmin etmək üçün şəffaflıq amilini əsas götürmüşdür.
Belə ki, yüksək ixtisaslı kadrların hazırlanması üçün ali təhsil müəssisəsində şəffaf imtahan prosesinin təşkili tam şəkildə həyata keçirilir. Belə olan halda gələcəkdə Azərbaycanın turizm sahəsində aparıcı şəxslərin tam şəkildə ixtisaslaşmış kadrlar olacaqlarına ümidlərimiz artır. Bundan başqa ali təhsil müəssisəsində xarici ölkələrin universitetləri ilə sıx əməkdaşlıq şəraitində tələbə mübadiləsi də həyata keçirilir. Bu prosesin daha da genişləndirilməsi istiqamətində müvafiq addımlar atılır.
Düşünürəm ki, rektor İlham Mədətovun rəhbərliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycanın turizm sahəsində gələcəkdə, indi olduğu kimi bir çox ilklərə və böyük uğurlara imza atacaq.
Anar Salehoğlu,
ADPU-nun tələbəsi, YAP Yevlax rayon təşkilatının üzvü, İctimai fəal